İngiltərə çempionatının 35-ci turunda gözlənilməz nəticə qeydə alınıb. Apasport.az saytının məlumatına görə, turnir cədvəlində sonuncu yeri tutan “Sanderlend” Londonda “Çelsi”yə qalib gəlib.
Samuel Eto’O nun 12-ci dəqiqədə vurduğu qola “Sanderlend” Uikem (18) və Borininin (81) dəqiq zərbələri ilə cavab verib. Bu məğlubiyyət “Çelsi”yə ehtiyatda 1 oyunu olan “Liverpul”u keçməyə imkan verməyib.
Maraqlıdır ki, “Sanderlend”ə məğlubiyyət baş məşqçi Joze Maurinyonun professional karyerası ərzində “Çelsi” ilə Londonda İngiltərə çempionatı çərçivəsində ilk məğlubiyyətidir.
Morunyi matçdan sonra hamını təbrik edib: “«İlk növbədə bütün qüvvələrini sərf edən oyunçularımı təbrik edirəm. Daha sonra vacib 3 xal qazanan “Sanderlend”ə təbriklər ünvanlayıram. Ayrıca olaraq, bu gün fantastik oyun keçirən hakim Mayk Dini təbrik edirəm. Nəhayət, referilərin bütün mövsümdə necə oyun aparmalarına görə hakim korpusunun rəhbəri Maykl Rayli təbrik etmək istəyirəm. Mən onların hamısını təbrik edirəm və əlavə deməyə sözüm yoxdur”.
Morinyonun bunu istehza ilə dediyi və ya həqiqətən təbrik etdiyi məlum deyil.