Loran Blan “Mançester Yunayted”dən imtina etdi
04.05.2014 - 15:13
Loran Blan “Mançester Yunayted”dən imtina etdi

Loran Blan “Mançester Yunayted”dən imtina etdi

“Pari Sen-Jermen” futbol klubunun baş məşqçisi Loran Blan “Mançester Yunayted”ə başçılıq etməkdən imtina edib. Apasport.az saytının məlumatına görə, ingilis klubu PSJ-nin baş məşqçisi ilə görüşsə də, danışıqlar baş tutmayıb.

Blanın Mançesterə getməkdən imtina etməsinin səbəblərindən biri kimi onun köməkçisi Jan-Lui Qassenin Parisi tərk etməmək istəməməsi göstərilir. Loran Blan da PSJ-ni köməkçisi olmadan tərk etməyib.

Qeyd edək ki, yaxın müddətdə PSJ və Loran Blan arasında müqavilənin 2016-cı ilə qədər uzadıldığı açıqlanmalıdır.