Loran Blan David Luisə ilk dəfə yarımmüdafiədə şans verəcək
17.02.2015 - 23:01
Loran Blan David Luisə ilk dəfə yarımmüdafiədə şans verəcək

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyun çərçivəsində qarşılaşacaq PSJ və “Çelsi”nin start heyətləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, Paris klubunun baş məşqçisi Loran Blan mərkəz müdafiəçisi David Luisə ilk dəfə yarımmüdafiədə şans verəcək.

 

PSJ: Siriqu, van derş Vil, Silva, Markinos, Maksvell, David Luis, Veratti, Matyuidi, Lavessi, İbrahimoviç, Kavani

 

“Çelsi": Kurtua, İvanoviç, Kehill, Terri, Aspilikueta, Ramires, Matiç, Villian, Fabreqas, Azard, Dieqo Kosta


Qeyd edək ki, PSJ – “Çelsi” matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.