Lorenso Ebesilio ilə başladı, rekordla nəticələndi
28.04.2014 - 11:04
Lorenso Ebesilio ilə başladı, rekordla nəticələndi

Hollandiyanın “Ayaks” klubu 104 illik tarixinin görünməmiş nailiyyətinə imza atıb. Apasport.az saytının məlumatına görə, Amsterdam təmsilçisi ilk dəfə ardıcıl 4-cü çempionluğunu yaşayıb.

 

Ölkə çempionatının sonuna 1 tur qalmış “Herakles”lə heç-heçə edən (1:1) amsterdamlılar xallarının sayını 70-ə çatdırıb. Bununla, “Ayaks”ın ümumilikdə 33-cü çempionluğu təmin olunub. Ardıcıl qazanılan qızıl medallarla klub rekordunu müəyyənləşdirən amsterdamlılar bütün zəfərlərinə Frank de Burla nail olub.

 

Qeyd edək ki, “Ayaks”ın ardıcıl 4 çempionluğundan ikisində “Qəbələ”nin futbolçusu Lorenso Ebesilio da qızıl medal alanlar sırasında olub. 2010/11 və 2011/12 mövsümlərində yarımmüdafiəçi ilə birlikdə Hollandiyanın ən yaxşısı olan Amsterdam təmsilçisi 2012/13 və 2013/14-də bu titulu qoruyub.