Alman futbolunun əfsanəsi, 5 dünya çempionatının iştirakçısı Lotar Matteus Məsud Özillə bağlı tənqidi fikirlər söyləyib. Apasport.az saytının məlumatına görə, Matteus türk əsilli oyunçunun yığmanın əsas heyətinə düşməyə biləcəyini vurğulayıb.
Əfsanə futbolçu Özilin qeyri-stabil oyununu əsas gətirib: “Ona əsas heyətdə yer təmin edilməyib. Bu mövqedə oynaya biləcək çox oyunçu var. Onlar heç də Özildən geri qalmırlar. Bəzən elə olur ki, Məsut uduzur – bir qədər əvvəl bunu görmək olardı. Bu “Arsenal”ın ümumi məğlubiyyəti də ola bilər. Amma Özildən başqalarına nisbətən daha yaxşı oyun gözləyirlər. Bir sözlə, Özül toxunulmaz deyil”.