Almaniya millisinin baş məşqçisi Yoahim Löv gördüyü işdən zövq aldığını bəyan edib. Apasport.az saytının məlumatına görə, Almaniya yığması ilə dünya çempionu olan Lövün milli komanda ilə müqaviləsi 2016-cı ilin yayına kimi qüvvədədir.
Löv növbəti hədəfi barədə də danışıb: “Bizim növbəti hədəfimiz bəllidir – Avro-2016-da uğur əldə etmək. Hətta təsəvvür edə bilmirəm ki, dünya futbolunda alman erası başlayır. Necə ki, bir vaxtlar İspaniya erası hökm sürürdü. Onu deyə bilərəm: əl-ayağımızı aşağı salıb oturmayacağıq. Mən hələ də işimdən zövq alıram. İşim əvvəlki kimi mənə ləzzət edir”.