Luçesku: “Şaxtyor”u tərk edən sonuncu şəxs olacağam
03.06.2014 - 23:57
Luçesku: “Şaxtyor”u tərk edən sonuncu şəxs olacağam

 

“Şaxtyor” futbol klubunun baş məşqçisi Mirça Luçesku komandadakı gələcəyi barədə danışıb. Apasport.az saytının məlumatına görə, rumıniyalı baş məşqçi yaxın gələcəyini Donetsk klubu ilə bağladığını vurğulayıb.

 

Luçesku Ukraynada vəziyyətin necə inkişaf etdiyini izlədiyini bildirib: “Ukrayna Futbol Federasiyasının hansı qərar qəbul edəcəyini gözləyirik. Hazırda Avstriya və İsveçrədə məşq prosesinə hazırlaşırıq. Orada “Sent-Etyen” və “Lion”la oynayacağıq. Mən bu komandanı qurmuşam və onun beynəlxalq səviyyədə tanınmasına nail olmuşam. Gələcəyin bizə nə gətirdiyini bilmirəm. Amma bilirəm ki, komandanı, onun prezidentini və azarkeşləri atmayacağam. Mənim “Şaxtyor”la müqaviləm var və onu axıra qədər işləmək fikrindəyəm. Komandanı tərk edən sonuncu şəxs olacağam”.