“Qalatasaray” başqanı Ünal Aysaldan baza gününə qədər vaxt istəyən Mirça Luçesku bu gün qərarını açıqlamalıdır. Apasport.az saytının məlumatına görə, onun gəlib-gəlməyəcəyi yaxın saatlarda bəlli olacaq.
Xatırladaq ki, baş məşqçi Roberto Mançininin istefasından sonra “Qalatasaray” rəhbərliyi hazırda Ukraynanın “Şaxtyor” komandasını çalışdıran Mirça Luçeskuya müraciət edib. Rumıniyalı mütəxəssis cavab üçün başqan Ünal Aysaldan bazar gününə qədər vaxt istəyib.
Luçesku “Şaxtyor”un sahibi Rinat Əhmədovun razılığı aldığı təqdirdə bu gün və ya sabah İstanbula gələcək. Əgər “Şaxtyor” ilə davam etmək qərarına gəlsə, komanda ilə bir yerdə Avstriyaya təlim-məşq prosesinə yollanacaq.