Lui van Qal 5 futbolçu istəyir
20.02.2015 - 11:12
Lui van Qal 5 futbolçu istəyir

“Mançester Yunayted” bu yay da transfer dönəmini fəal keçirəcək. Apasport.az saytı xəbər verir ki, “qırmızı şeytanlar” mövsümün sonunda heyətdə ciddi dəyişikliklər edəcək.

 

Klub rəhbərliyi yay transferləri üçün 150 milyon funt-sterlinq ayıracaq və baş məşqçi Lui van Qalın siyahısındakı oyunçular heyətə cəlb ediləcək. Hollandiyalı mütəxəssis hələ ad müəyyənləşdirməsə də, bu məbləğə 5 futbolçu transfer etməyi düşünür. O, müdafiənin mərkəzinə, sağ cinahına, orta sahəyə, yarımmüdafiəçiənin cinahına və hücum xəttinə bir futbolçu alınmasını istəyir.

 

Qeyd edək ki, “Mançester Yunayted” hazırda İngiltərə Premyer Liqasında 3-cü pillədə qərarlaşıb.