“Mançester Yunayted” klubunda futbolçularla baş məşqçi Lui van Qal arasında narazılıq yaranıb. Apasport.az Britaniya mətbuatına istinadən xəbər verir ki, “mankunianlar”ın bir qrup oyunçusu hollandiyalı çalışdırıcının keçdiyi məşqlərdən narazıdı.
Məsələ burasındadı ki, futbolçular van Qalın həddindən artıq sərt və fiziki gücə hesablanan məşqlər keçdiyini düşünürlər. Onların fikrincə, məşqlərdə daha çox kreativlik olmalıdı.
Dünənki hazırlıq prosesindən sonra komandanın bəzi üzvləri bununla bağlı van Qala iradlarını bildiriblər.
Qeyd edək ki, yayda PSJ-yə keçən “Mançester Yunayted”in sabiq futbolçusu Anxel di Mariya da hollandiyalı məşqçinin futbol fəlsəfəsindən gileylənmişdi.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA