Luis Braziliya-Kolumbiya matçının ən yaxşısıdır
05.07.2014 - 02:26
Braziliya millisinin müdafiəçisi David Luis Braziliya-Kolumbiya matçının ən yaxşısı hesab olunub. Apasport.az saytının məlumatına görə, bu barədə FİFA-nın rəsmi saytında bildirilir.
Əsas heyətdə meydana çıxan Luis 90 dəqiqə oynayıb. O, qapıya endirdiyi ilk zərbəsindəcə qol vurub və 28 ötürmə edib. Məhz bu qol Braziliya yığmasının Kolumbiyanı 2:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə keçməsinə kömək edib.
0
0