“Barselona” yeni transferi Arda Turanı icarəyə verməyəcək. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin baş məşqçisi Luis Enrike məlumat verib.
FİFA-nın “Barselona”ya tətbiq etdiyi sanksiyaya əsasən, Arda gələn il, yanvarın 1-nə qədər “Barsa”nın heyətində meydana çıxa bilməz. Bu səbəbdən türkiyəli futbolçunun həmin müddətə qədər icarə əsasında hansı klubun formasını geyinəcəyi haqda xəbərlər yayılıb.
Luis Enrike isə bu məlumatı təkzib edərək, Ardanın icarəyə verilməyəcəyini bildirib: “Çox pis haldı ki, yanvara kimi rəsmi oyunlarda Ardanın xidmətindən istifadə edə bilməyəcəyik. Ancaq istəyirəm ki, o, komandamızda qalsın. Buna görə də, Ardanı icarəyə götürmək istəyənlərin təklifini qəbul etməyəcəyik”.
Qeyd edək ki, karyerası ərzində “Qalatasaray” və “Manisaspor” klublarının da formasını geyinən Arda “Barselona”ya “Atletiko”dan keçib.
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ