“Barselona” klubunun yeni baş məşqçisi Luis Enrike komandanın veteranı Xavinin gələcək taleyi barədə danışıb. Apasport.az saytının məlumatına görə, ispaniyalı mütəxəssis yekun qərarın futbolçu tərəfindən veriləcəyini vurğulayıb.
Xavi bütün karyerasını Kataloniya klubunda keçirib. Amma son vaxtlar 34 yaşlı futbolçunun “Barselona”nı tərk edə biləcəyi iddia edilir. Onun gedə biləcəyi yerlər arasında Yaxın Şərq və ABŞ-ın adı çəkilir.
Luis Enrike Xavi ilə bu barədə danışdığını bildirib: “Bu, hələlik həll edilməmiş bir məsələdir. Onun klubla müqaviləsi var və qərarını gözləyirik. Xavi mənim çox böyük hörmət bəslədiyim futbolçudur”.