“Əgər Blatter yenidən prezident seçiləcəksə, heç nə dəyişməyəcəksə və biz dörd il itirəcəyik”. Apasport.az saytının məlumatına görə, bu sözləri FİFA prezidentliyinə namizədliyini irəli sürən Luiş Fiqu deyib.
Əfsanəvi portuqaliyalı futbolçu hər kəsin 1998-ci ildən FİFA-ya başçılıq edən Yozef Blatterin işindən narazı olduğunu bildirib: “Seçkiləri daha şəffaf etməyə çalışaraq, FİFA-nı müasirləşdirə bilməyəcəyik. Hər şey belə qalacaq. Mən bunu bütün insanlara deyirəm. Seçkiqabağı kampaniya zamanı onların reaksiyalarının müsbət olduğunu görürəm. İnsanların əksəriyyəti dəyişikliklər istədiklərini deyirlər. Mayın 29-da biləcəyik ki, onlar həqiqətənmi dəyişikliklərin lazım olduğunu istəyirlər, yoxsa həmişəki kimi, qalmağı”.
Xatırladaq ki, FİFA prezident seçkiləri mayın 28-dən 29-dək Sürixdə keçiriləcək.