“Rəvan” klubunun polşalı qapıçısı Lukaş Sapelanının Apasport.az saytına müsahibəsi
- Azərbaycan kubokunun ¼ final mərhələsində “Bakı” klubunu mübarizədən kənarlaşdırdınız. İlk görüşdə 0:1 hesabı ilə uduzsanız da, cavab qarşılaşmasında eyni hesabla qalib gəlib, penaltilər seriyasından üzüağ çıxdınız. Cütün taleyini həll edən bir futbolçu kimi fikirləriniz bilmək istərdik...
- Premyer Liqada durumumuz elə də yaxşı olmadığından Avropa Liqasına vəsiqə qazanmaq üçün bütün fikrimizi kuboka yönəltmişik. Bu gün bütün futbolçularımız yaxşı oynadı.
- İlk görüşdə evdə məğlub olduğunuzu nəzərə alsaq, “Rəvan”ın mərhələ adlayacağına inananlar az idi. Bu nəticə sizin üçün sürpriz olmadı ki?
- Düşünürdük ki, qol buraxmasaq, yarımfinala adlaya bilərik. Xoşbəxtlikdən qapımızı toxunulmaz saxlayıb, lazım olan qolu vurduq.
- “Bakı”nın bu qədər zəif oynayacağını gözləyirdiniz?
- “Bakı” səviyyəli komandadır, amma ilk matçla müqayisədə zəif oynadılar.
- Rauf Əliyevin olmamağı öz sözünü dedi?
- Bilirsiniz necədir, düşünürdük ki, hesabı açan komanda uğur qazanmağa daha yaxın olacaq. Sevinirəm ki, bunun öhdəsindən gəldik.
- Bu gün fiziki hazırlığın həlledici rol oynadığını söyləmək olar?
- Bəli, bu baxımdan rəqibdən üstün idik və sonacan əzmkarlıq nümayiş etdirdik.
- Penaltilər seriyası barədə nə deyə bilərsiniz?
- Açığı, penaltilərə yaxşı hazırlaşmışdıq. Komanda olaraq işin öhdəsindən gəldik. Penalti – lotereyadır. Düşünürəm ki, psixoloji baxımdan penaltilərə Marius Penadan daha yaxşı hazır idim. Mən onun zərbəsini dəf etdim. Novruz Məmmədov isə həlledici zərbəni dəqiq yerinə yetirdi. Yarımfinaldayıq, amma qarşıda daha çətin oyunlar var. Hədəfimiz Azərbaycan kubokunu qazanmaqdır.
- “Qarabağ”ın sabiq futbolçusu Şotlandiyada ayın yaxşısı seçildi
- Çağlar Söyüncünün yeni klubu bəlli oldu – “Çorum”la razılaşdı
- “Başakşehir” – “Qalatasaray” matçına avstriyalı VAR hakimi
- “Fənərbaxça”dan müdafiəyə yeni həmlə – Adil Demirbağ üçün rəsmi təklif
- “Roma” Ostervolde "dəftərini bağlamayıb" – Yanvarı gözləyirlər