Türkiyə PTT I liqasında VI turun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, bu turda millimizin sabiq futbolçuları üz-üzə gəlib.
Belə ki, müdafiəçimiz Mahir Şükürovun formasını geyindiyi “Karşıyaka” Vaqif Cavadov, Ufuk Budak və Rəhman Hacıyevin forma geyindiyi "Qaziantep BB"ni qəbul edib.
Qarşılaşmada azarkeşlər 7 topa şahidlik edib. Bol qollu matçda sevinən tərəf Mahirin komandası olub – 5:2. "Qaziantep BB" Vaqifin sol cinahdan ötürməsindən sonra başla 1-ci qolunu vurub. Şükürovun sol cinahdan cərimə zəbəsinden verdiyi asmadan sonra “Karsiyak”a 4-cu qoluna sevinib.
Bu matçda Şükürov start heyətində yer alıb və 90 dəqiqə mübarizə aparıb. O, 54-cü dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb. Qonaq komandada isə cəmi bir futbolçumuz - Vaqif Cavadov forma şansı əldə edə bilib. Lakin sabiq oyunçumuz Mahirin “fərqləndi”yi – 54-cü dəqiqədə Muhammed Dəmircinin yerinə meydana çıxıb. Ufukla Rəhmanın adı isə heç "18-liy"ə belə salınmayıb.
Qeyd edək ki, 8 turda 8 xal toplayan "Karşıyaka" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. "Qaziantep BB" isə 4 xalla 16-cı yeri tutur.