Mahir Şükürovsuz "Karşıyaka" uduzdu
22.02.2015 - 20:42
Mahir Şükürovsuz "Karşıyaka" uduzdu

Türkiyə PTT I Lqasında XXI turun növbəti oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, millimizin müdafiəçisi Mahir Şükürovun şərəfini qoruduğu "Karşıyaka" səfərdə "Şanlıurfaspor"la üz-üzə gəlib.

 

Görüşdə təmsilçimizin komandası 1:0 hesabı ilə uduzuub. Mahir keçən tur "Osmanlıspor"la matçında sarı vərəqə alaraq cəzalı vəziyyətə düşdüyündən bu matçda forma geyinə bilməyib.

 

Branimir Subaşiçin komandası "Manisaspor" isə "Adanaspor"la qarşılaşıb. Manisa klubu 2:1 hesabı ilə qalib gəlib. Start heyətdə meydana çıxan Branimir 80-ci dəqiqədə əvəzlənib.

 

Ufuk Budakın formasını geyindiyi “Qaziantep BB” “Antalyaspor”u minimal hesabla məğlub edib – 1:0. İlk “11-lik”də meydana çlıxan futbolçumuz sona qədər mübarizə aparıb.

 

Qeyde dək ki, bu oyunlardan sonra "Karşıyaka" 30 xalla 8-ci, “Qaziantep BB”  14-cü, "Manisaspor" isə 20 xalla 15-ci pillədə qərarlaşıb.