Mahmud Qurbanov Lənkərana gedir
01.05.2014 - 16:12
Azərbaycan milli komandasının baş məşqçilərinin Topaz Premyer Liqasının XXXIII turunda izləyəcəyi oyunlar müəyyənləşib. Apasport.az saytının məlumatına görə, sabah keçiriləcək qarşılaşmaların hamısı yığma çalışdırıcılarının diqqətində olacaq.
Belə ki, baş məşqçi Berti Foqts və köməkçisi Volfqanq Rolff "Bakı" – "Qarabağ" və "İnter" – "Sumqayıt" oyunlarını izləyəcək. Millinin qapıçılar üzrə məşqçisi Ulrix Ştayn "Neftçi" – "Qəbələ" matçını, çalışdırıcı Aslan Kərimov "Simurq" – AZAL qarşılaşmasını, digər köməkçi Mahmud Qurbanov isə "Xəzər Lənkəran" – "Rəvan" oyununu izləyəcək.
0
0