Malta – Azərbaycan oyununun biletlərinin qiyməti açıqlandı
19.08.2015 - 17:45
Azərbaycan millisinin AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində keçirəcəyi növbəti səfər oyununun biletlərinin qiyməti müəyyənləşib. Apasport.az saytının məlumatına görə, sentyabrın 6-da Malta – Azərbaycan qarşılaşmasına biletlər 3 kateqoriya üzrə satılacaq.
Bunu Malta Futbol Assosiasiyası açıqlayıb. Ən bahalı biletlər Qərb tribunasınadı. Oyunu buradan izləmək istəyənlər 15 avro ödəməlidi. Millenium tribunasının biletləri 8 avrodusa, bura uşaqların girişi 5 avroya başa gələcək.
Qeyd edək ki, Malta – Azərbaycan oyunu Ta-Qalidəki Milli stadionda keçiriləcək.
0
0