Maluda “Trabzonspor”u tərk edir
07.04.2014 - 23:47
Maluda “Trabzonspor”u tərk edir

 

 

“Trabzonspor” futbol klubu fransalı ulduzu Florent Maluda ilə yollarını ayırmaq üzrədir. Apasport.az saytının məlumatına görə, fransalı oyunçu getmək istədiyini açıq şəkildə klub rəhbərliyinə deyib.

 

Maluda bildirib ki, “Trabzonspor”da heç bir maliyyə sıxıntısı yaşamır. Amma o, özünü heç cürə komanda yoldaşlarına sevdirə bilmədiyini və bu səbəbdən də Trabzon komandasının formasını geymək istəmədiyini deyib.

 

Artıq klub rəhbərliyi də fransız futbolçunu komandada saxlamaq istəmir. Maluda ilə maliyyə məsələsində razılığa gəlinən kimi onunla müqavilənin pozulacağı bildirilir. Futbolçunun artıq bəzi İngiltərə klubları ilə danışıqlara başladığı vurğulanır.