Mançini hansı ingilis klubu ilə danışıqlar aparır?
07.06.2014 - 02:39
Mançini hansı ingilis klubu ilə danışıqlar aparır?

 

“Qalatasaray” futbol klubunun baş məşqçisi Roberto Mançini İngiltərəyə dönməyə çalışır. Apasport.az saytının məlumatına görə, italiyalı mütəxəssisin “Tottenhem”lə danışıqlar apardığı üzə çıxıb.

 

Klub başqanı Ünal Aysal bundan əvvəl “Mançini iyunun 15-nə kimi qalıb-qalmayacağı ilə bağlı qərar verəcək” demişdi. Hazırda məşqçinin İngiltərə klubu ilə anlaşa bilmək üçün var qüvvəsi ilə çalışdığı məlum olub. Bəzi məlumatlara görə, Mançini Aysalın növbəti mövsüm üçün qurduğu planlardan narazıdır. Onun son vaxtlar səssiz qalmasının səbəbi də yeni komanda axtarması ilə bağlı olub.

 

Bu mövsüm uğursuz çıxış edən “Tottenhem” mövsümə Andre Villa-Boaşla başlayıb. Tezliklə Villa-Boaşla yollarını ayıran klub, Tim Şervudla yola davam edib. Mövsümün sonunda isə argentinalı mütəxəssis Maurisyo Poçettino ilə müqavilə bağlayıb. Amma argentinalı mütəxəssisin təcrübəsiz olduğunu düşünən klub rəhbərliyi Mançinini də gətirmək və ona idman direktoru vəzifəsini vermək istəyir.

 

Mançini iyunun 15-nə kimi razılaşma əldə edə bilməsə, “Qalatasaray”da qalacaq.