Manuel Noyerdən yeni müqavilə - FOTO
20.04.2016 - 14:31
Manuel Noyerdən yeni müqavilə - FOTO

“Bavariya”nın qapıçısı Manuel Noyer karyerasını elə bu klubda bitirmək fikrindədi. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Almaniya millisinin üzvü yeni müqaviləyə qol çəkib.

 

30 yaşlı qolkiper müqavilə müddətini 2021-ci ilə qədər uzadıb. Bu isə o deməkdi ki, Noyer ən azı 35 yaşına qədər “pivəçilər”ə məxsus olacaq. Bununla bağlı fikirlərini bildirən ulduz oyunçu özünü əla hiss etdiyini bildirib: “Yeni müqavilə bağladığım üçün xoşbəxtəm. Burda məni gözəl gələcək gözləyir. Yeni qələbələrə hazıram”.

 

Qeyd edək ki, Manuel Noyer 2011-ci ildən “Bavariya”nın formasını geyinir.

0