[b]Skarlatake: ...Rednik “Xəzər Lənkəran”a qayıdacaq [/b]
05.05.2014 - 12:04
“Mirça Redniklə tez-tez danışırıq”. Bu sözləri apasport.az saytına “Xəzər Lənkəran”ın rumıniyalı müdafiəçisi Adrian Skarlatake deyib.
O, yenidən “Xəzər Lənkəran”ın baş məşqçisi postuna qayıdacağı gözlənilən həmyerlisi Mirça Redniklə müntəzəm əlaqə saxladığını bildirib: “Komanda haqda söhbət etdik, məndən ümumi şeylər soruşdu. Amma baş məşqçi postuna qayıdacağı barədə heç nə demədi. Çünki hal-hazırda komandanın məşqçisi var. Ola bilsin ki, Rednik “Xəzər Lənkəran”a qayıdacaq, amma bunun nə vaxt olacağını bilmirəm”.
0
0