Maradona “Marakana”ya buraxılmayıb
18.06.2014 - 06:02
Maradona “Marakana”ya buraxılmayıb

 

Argentina futbolunun canlı əfsanəsi Dieqo Maradona ölkəsinin Bosniyaya qarşı oyununu televizordan izləməyə məcbur olub. Apasport.az saytının məlumatına görə, buna Maradonanın stadiona buraxılmaması səbəb olub.

 

Maradona stadiona gəlsə də, üzərində nə bileti, nə də müvafiq akkreditasiyası olmayıb. Bu səbəbdən də “Marakana” stadionunun əməkdaşı onu stadionu buraxmaqdan imtina edib. Canlı əfsanə otelə dönərək, oyuna televizordan tamaşa etməli olub.

 

Xatırladaq ki, Argentina həmin oyunda Bosniya üzərində 2:1 hesablı qələbə qazanıb. Argentinalılar qrupda digər oyunları Nigeriya və İrana qarşı keçirəcəklər.