Maradona: FİFA futbolu öldürür və eybəcərləşdirir
12.06.2014 - 21:01
Maradona: FİFA futbolu öldürür və eybəcərləşdirir

 

Əfsanəfvi futbolçu Dieqo Maradona FİFA-nın fəaliyyətini kəskin tənqid edib. Apasport.az saytının məlumatına görə, argentinalı mütəxəssis FİFA-nın futbolu öldürdüyü və eybəcərləşdirdiyini bildirib.

 

Maradona bəyan edib ki, FİFA bu gün bir çox millətləri birləşdirən və bütün dünyanı “diri-diri udan” təşkilatdır: “Ölkələr ona qarşı heç nə edə bilmirlər. Əgər FİFA qərara gəlsə ki, haradasa sərinləşdirici içki satılmalıdır, sərinləşdirici içki orada satılacaq. Amma hər şey başqa cür olmalıdır. Əgər belə olsaydı, biz bu gün Braziliyadakı tətillər barədə deyil, futbol barədə danışardıq”.