Maradona: Messi niyə “Bavariya”ya keçə bilməz?
27.03.2014 - 23:36
Maradona: Messi niyə “Bavariya”ya keçə bilməz?

 

 

Argentina yığmasının keçmiş baş məşqçisi, əfsanəvi futbolçu Diaqo Maradona həmyerlisi Lionel Messinin “Bavariya”ya keçmək şanslarını dəyərləndirib. Apasport.az saytının məlumatına görə, o, Messinin “Barselona”nı tərk etməsini tamamilə mümkün sayıb.

 

“Əvvəllər “Barselona” o qədər möhtəşəm idi ki, rəhbərlik futbolçuların maykalarında reklam loqotipi yerləşdirməyə icazə vermirdi. İndi isə “Qatar Airways”ı reklam edirlər. Əgər “Barsa” geyimində reklama icazə verirsə, onda niyə Messini “Bavariya”ya sata bilməz?” - deyə, Maradona fikrini açıqlayıb: “Messi və Levandovski “Bavariya”nın hücum xəttində… Onda bütün digər komandalar ancaq ikinci yer uğrunda mübarizə aparacaqlar. İstənilən turnirdə ikinci yer uğrunda!”

 

Qeyd edək ki, Messi yay aylarında “Barselona” ilə müqaviləsini 2019-cu ilə kimi uzadacaq.