Maradona: Narahatam…
15.06.2014 - 12:36
Maradona: Narahatam…

 

 

Argentina futbolunun canlı əfsanəsi Dieqo Maradona dünya çempionatı barədə danışıb. Apasport.az saytının məlumatına görə, o, narahatlıqlarının olduğunu gizlətməyib.

 

Lionel Messinin çox gözəl futbolçu olduğunu vurğulayan Maradona dünya çempionatından ondan çox şey gözlədiklərini etiraf edib. Bununla yanaşı o, millinin oyunu ilə bağlı narahatlıqlar olduğunu da qeyd edib: “Komandamız gözəldir. Amma yenə də müdafiə xətti ilə bağlı narahatlıq keçirirəm”.

 

Qeyd edək ki, 2010-cu ildə Cənubi Afrika Respublikasında keçirilən dünya çempionatı zamanı Maradona Argentina millisinin baş məşqçisi olub. “Tanqoçular” 1/4 finalda Almaniyaya 4:0 hesabı ilə məğlub olaraq turniri tərk ediblər. Çempionatın favoritlərindən sayılan və qrup mərhələsinə Bosniyaya qarşı oyunla başlayacaq Argentinanın bu çempionatda nə edəcəyi maraqla gözlənilir.