Maradona: Pele muzeyə qoyulmalıdır
12.06.2014 - 08:50
Maradona: Pele muzeyə qoyulmalıdır

Argentinalı futbol əfsanəsi Dieqo Maradona maraqlı açıqlamalar verib. Apasport.az xəbər verir ki, o, ölkəsinin milli komandasının bu gün Braziliyada start götürəcək 2014-cü il dünya çempionatındakı çıxışı haqqında danışıb.

 

Maradona Argentina millisinə inandığını bildirib: “Ümid edirəm ki, milli komandamız finala çıxacaq. Onsuz da əsas hədəf budur. Finalda Braziliyaya qalib gəlmək əla olar. Pelenin artıq muzeyə qoyulmasının lazım olduğunu düşünürəm. İndi Messi Neymardan necə güclüdürsə, mən də Peledən güclüyəm. Bunu braziliyalılar da bilir. Fərdi ustalıq keyfiyyətlərinin milli komandalara çox kömək etdiyini düşünürəm. Messi Argentinaya, Ronaldo da Portuqaliyaya çox kömək edəcək. Bu iki futbolçu hazırda dünyanın ən güclüləridir. Amma DÇ-də uğurları yoxdur. Bunu bacarmalıdırlar”.