Argentina yığmasının heyətində dünya çempionu olan əfsanəvi Dieqo Maradona alman futbolunun son illər xeyli inkişaf etdiyini bildirib. Apasport.az saytının məlumatına görə, o, bu inkişafda “Bavariya”nın baş məşqçisi Xosep Qvardiolanın da böyük rolunun olduğunu vurğulayıb.
“Almaniya yığması həmişə olduğu kimi çox güclüdür və dünya çempionatının favoritlərindən biridir” - deyə, Maradona qeyd edib: “Bircə şey dəyişib: Almaniya çempionatında xeyli yaxşı oyun görmək olar. Futbol irəliyə doğru böyük addım atıb və bununla da maraqlıdır. İndi bu ancaq topu ələ keçirmək və irəliyə atmaq deyil. İndi alman futbolunu izləmək maraqlıdır. Mən heç olmasa bir həftə Xosep Qvardiola ilə işləmək, onun “Bavariya”dakı məşqlərinə baxmaq istəyirəm”.