Argentina millisinin heyətində 1986-cı ildə dünya çempionu titulunu qazanan əfsanəvi Dieqo Maradona Venesuela millisinə başçılıq edə biləcəyini vurğulayıb. Apasport.az saytının məlumatına görə, Venesuela millisi Cənubi Amerika komandaları arasında yeganə yığmadır ki, heç bir zaman dünya çempionatının final mərhələsinə vəsiqə qazana bilməyib.
Sezar Farias ötən ilin noyabrında postunu tərk etdikdən sonra Venesuela millisinin baş məşqçisi postu vakant qalıb. Maradona dünya çempionatı başa çatandan sonra Venesuela prezidenti Nikolas Madurunu ziyarət etməyə hazırlaşır: “Biz hər şey, o cümlədən milli komanda barəsində bir qədər söhbət etməyi planlaşdırırıq. Güman edirəm ki, hər şey təhlükəsiz olsa, Venesuela yığmasına başçılıq edə bilərəm”.
Qeyd edək ki, Maradona bundan əvvəl Argentina yığmasının baş məşqçisi olub və 2010-cu il dünya çempionatında 1/4 finala qədər irəliləyib.