Marat İzmaylov “Mordoviya”ya keçə bilər
06.06.2014 - 17:49
Marat İzmaylov “Mordoviya”ya keçə bilər

Marat İzmaylov karyerasını Rusiyanın “Mordoviya” klubunda davam etdirə bilər. Apasport.az xəbər verir ki, bu barədə mətbuata adıçəkilən klubunun idman direktoru Vladimir Bibikov deyib.

 

Klub rəsmisi bildirib ki, Yuri Syomin Marat İzmaylovu “Qəbələ”yə aparıbsa, “Mordoviya”ya da gətirə bilər: “Marat İzmaylovu komandamıza gətirmək istəyirik. Yuri Syomin onu “Qəbələ”yə aparmışdı. Bu dəfə də bizim komandaya gətirə bilər. Hazırda danışıqlar gedir. İnanıram ki, İzmaylov klubumuzda oynayacaq və bizə xeyir verəcək”.