Mario Götze İtaliyaya yollanır
17.07.2015 - 20:52
Mario Götze İtaliyaya yollanır

“Bavariya”nın və Almaniya milli komandasının yarımmüdafiəçisi Mario Götze “Yuventus”a keçə bilər. Apasport.az saytının “Marca”ya istinadən məlumatına görə, gənc futbolçunun Turin klubunda icarə əsasında çıxış etmək variantı yaranıb.

 

Belə ki, “qoca sinyora” alman xavbeki 2 illik icarəyə götürməyi planlaşdırır. Əgər müqavilə müddətinin sonunda tərəflər razılaşa bilsələr Götze ilə daimi əsasda müqavilə bağlamaq üstünlüyü “Yuventus”da olacaq.

 

Bunun üçün turinlilər “Bavariya”ya 30 milyon avro ödəməli olacaq.

 

Qeyd edək ki, Götze “Bavariya”ya 2013-cü ildə Dortmund “Borussiya”sından 37 milyon avro qarşılığında keçib.