Mario Qomes “İnter”lə matçı buraxacaq
01.03.2015 - 13:06
Mario Qomes “İnter”lə matçı buraxacaq

İtaliya A seriyasının XXV turu çərçivəsində səfərdə “İnter”lə qarşılaşacaq “Fiorentina”nın heyətində ciddi itki baş verib. Apasport.az saytının məlumatına görə, Florensiya təmsilçisinin aparıcı hücumçusu Mario Qomes milanlılarla oyunu buraxacaq.

 

Klubun rəsmi saytında almaniyalı futbolçunun zədəli olduğu üçün “bənövşələr”in sifariş ərizəsinə daxil edilmədiyi göstərilir.

 

Qeyd edək ki, “İnter” – “Fiorentina” matçı bu gün Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.