Markeviç “Dnepr”dən ayrılmaq istəyir
03.06.2015 - 08:27
Markeviç “Dnepr”dən ayrılmaq istəyir

Ukraynanın “Dnepr” klubunun baş məşqçisi Miron Markeviç yaxın günlərdə postunu tərk edə bilər. Apasport.az saytı xəbər verir ki, 64 yaşlı məşqçinin Dnepropetrovsk klubundan ayrılmaq ehtimalının 90 faiz olduğu bildirilir.

 

Buna səbəb Markeviçlə “Dnepr” rəhbərliyi arasında fikir ayrılığının yaranmasıdı. Belə ki, Markeviç yeni futbolçuların alınmasını tələb etsə də, rəhbərlik başqa cür düşünür. Onlar komandada daha çox gənc oyunçuların çıxış etməsini məqsədəuyğun sayırlar. Ancaq bununla belə, “Dnepr” rəhbərliyi Markeviçin qarşısında yüksək hədəflər qoyub.

 

Təcrübəli məşqçi isə bununla razılaşmır.

 

Qeyd edək ki, 1984-cü ildən məşqçilik edən Markeviç ötən ildən “Dnepr”i çalışdırır.