Maskerano “Barselona” ilə müqaviləni uzatdı
09.06.2014 - 06:28
Maskerano “Barselona” ilə müqaviləni uzatdı

 

“Barselona”nın yarımmüdafiəçisi Havyer Maskerano klubla müqaviləni 2018-ci ilə qədər uzadıb. Apasport.az saytının məlumatına görə, bu barədə Kataloniya klubunun saytında məlumat yerləşdirilib.

 

Yeni müqaviləyə görə, Maskeranonu almaq istəyən klub onun əvəzində 100 milyon avro ödəməlidir. Argentinalının bundan əvvəlki müqaviləsi 2016-cı ilə qədər nəzərdə tutulmuşdu.