Matiya Şpiçiç: Əsas rəqiblərimizdən birinə qalib gəldik
26.03.2014 - 14:41
Matiya Şpiçiç: Əsas rəqiblərimizdən birinə qalib gəldik
Bakı “İnter”inin futbolçusu Matiya Şpiçiç Topaz Premyer Liqasının XXVII çərçivəsində səfərdə “Qəbələ” üzərində əldə etdikləri 4:1 hesablı qələbəni dəyərləndirib. Apasport.az saytının məlumatına görə, 26 yaşlı xorvatiyalı futbolçu həmyerlilərinə verdiyi müsahibədə avrokuboka vəsiqə qazanacaqlarına ümid etdiyini söyləyib.

Qəbələdəki matçın 57-ci dəqiqəsində komandasının sonuncu qoluna imza atan Şpiçiç bunları deyib: “Biz meydan sahibləri ilə müqayisədə daha yaxşı oyandıq. Fərqlənmək üçün başqa şanslarımız da vardı. Lakin əsas odur ki, avrokuboka vəsiqə uğrunda mübarizədə əsas rəqiblərimizdən birinə qalib gəldik. Cari çempionatı minimum 3-cü sırada tamamlayacağımıza ümid edirik, hansı ki, bu, bizə beynəlxalq yarışlarda çıxış etməyə imkan verəcək”.