Matti Klinqa: Çox çətin qrupda mübarizə aparacağıq
05.02.2015 - 18:46
Matti Klinqa: Çox çətin qrupda mübarizə aparacağıq

“Avropa çempionatının seçmə mərhələsindəki hədəfimiz bəllidi. Biz final mərhələsinə yüksəlmək üçün mübarizə aparacağıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Finlandiyanın U-21 yığmasının futbolçusu Matti Klinqa deyib.

 

O bildirib ki, bu gün keçirilən püşkatma “suomi”lərə seçmə mərhələdə çərin rəqiblərlə oyunlar bəxş edib: “Əlbəttə ki, Almaniya, Rusiya, Avstriya, Azərbaycan və Farer adalarl ilə birlikdə yer aldığımız qrupda çox çətin olacaq. Biz də belə bir çətin qrupda mübarizə aparacağıq. Qrupun əsas favoritləri isə almaniyalılarla rusiyalılardı. Avstriyanın da çox güclü komandası var. Lakin belə rəqiblərlə qarşılaşmaların müsbət tərəfi də var. Çünki məhz bu matçlarda əsl səviyyəni görmək mümkün olur”.

 

Qeyd edək ki, Azərbaycan millisi Finlandiya ilə ilk oyununu bu il oktyabrın 13-də keçirəcək.