Hazırda təlim-məşq toplanışının ikinci mərhələsi üçün Sloveniyada olan “Xəzər Lənkəran” növbəti mövsümün hazırlıqlarına iyunun 22-dən başlasa da, komandanın malili yarımmüdafiəçisi Sadio Tounkara və kamerunlu hücumçusu Mbilla Etame hazırlığa hələ də qoşulmayıblar. Apasport.az xəbər verir ki, klub rəhbərliyi onlarla bir neçə dəfə əlaqə yaratmağa cəhd etsə də, bu mümkün olmamışdı.
Bu gün nəhayət ki, onların birindən xəbər almaq mümkün olub. Mbilla Etamenin meneceri klubla əlaqə saxlayaraq, müştərisinin yaxın günlərdə düşərgəyə gələcəyini bildirib. O, 26 yaşlı futbolçunun bir neçə probleminin olduğunu deyib və klub rəhbərliyindən 2-3 gün vaxt istəyib. Menecer onun yaxın günlərdə komandaya qoşulacağını söyləyib.