Mbillanın şəriki çıxdı
25.04.2014 - 11:20
Mbillanın şəriki çıxdı

Yarımfinal mərhələsinin cavab görüşlərindən sonra Azərbaycan kubokunun bombardirləri siyahısında dəyişiklik olub. Apasport.az saytının məlumatına görə, “Rəvan” – “Neftçi” (1:3) və “Xəzər Lənkəran” – “Qəbələ” (1:1) matçlarında vurulan 6 qoldan beşinin müəllifi ilk dəfə fərqlənibsə, Viktor Mendi bombardirlik iddiasını ortaya qoyub.

 

“Qəbələ”nin səfər oyununda hesabı açan seneqallı hücumçu mövsümdə 3-cü kubok qolunu vurub. Bununla, Mendi yarışın bombardirləri siyahısında 1-ci yerə şərik olub. Legioner Lənkərandakı matçda meydanda olan rəqibi Mbilla Etameyə çatıb. Hər iki hücumçunun 3 qolu var. Lakin seneqallı mayın 22-də baş tutacaq final qarşılaşmasında vahid lider ola bilər.

 

Hərəyə 2 qol vuran və bombardir cütlüyünü izləyən 9 oyunçudan isə yalnız ikisi - Araz Abdullayev (“Neftçi”) və Nizami Hacıyev (“Qəbələ”) finalda qol sayını artırmaq imkanına malikdir.