Mboli Almaniya-Əlcəzair oyununun ən yaxşısıdır
01.07.2014 - 03:20
Mboli Almaniya-Əlcəzair oyununun ən yaxşısıdır

 

Əlcəzair millisinin qapıçısı Rais Mboli Almaniya-Əlcəzair matçının ən yaxşısı hesab olunub. Apasport.az saytının məlumatına görə, bu barədə FİFA-nın saytında xəbər yerləşdirilib.

 

Xatırladaq ki, üçqat dünya çempionları rəqibin müqavimətini ancaq əlavə edilmiş vaxtda qıra biliblər. Almanlar Əlcəzair millisinin qapısına 16 zərbə endiriblər. Mboli bu zərbələrdən 14-ü geri qaytarıb. Məhz Mbolinin sayəsində matçın əsas vaxtı 0:0 hesablı bərabərliklə başa çatıb.