“Qarabağ” üçün əlamətdar səfər
18.08.2015 - 16:31
Avropa Liqasının pley-off mərhələsinin İsveçrədə keçiriləcək ilk oyunu “Qarabağ”ın futbolçusu Riçard Almeyda üçün yubileylə əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, “Yanq Boyz”la səfər görüşündə braziliyalı Avropa Liqasında 10-cü görüşünə çıxacaq.
Bu matç daha bir futbolçu Maksim Medvedev üçün də yubiley xarakteri daşımalıydı. Lakin bu turnirdə 29 matça çıxan müdafiəçisinin zədəsi buna imkan verməyib.
Qeyd edək ki, “Yanq Boyz” – “Qarabağ” matçı avqustun 20-də keçiriləcək.
0
0