Praqanın “Sparta” klubu Çexiya çempionatlarındakı qızıl medal həsrətinə son qoyub. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi XXVII turda “Teplitse”yə 1:3 hesabı ilə uduzsa da, çempion titulunu təmin edib.
Buna “Sparta”nın ən yaxın izləyicisi “Viktoriya”nın xal itirməsi səbəb olub. Plzen klubu “Yablonets”lə səfər matçında 1 xal qazanıb -2:2.
Sona 3 tur qalmış izləyicisi ilə xal fərqi 9 olan “Sparta” şəxsi yunlardakı üstünlüyə görə qızıl medallara yiyələnib. 36-cı dəfə bu titulu qazana praqalılar 2009/10 mövsümündəki uğurdan sonra 3 çempionat qızıla həsrət qalmışdı.
Qeyd edək ki, “Sparta” Çempionlar Liqasına II təsnifat mərhələsindən başlayacaq.
Məğlubiyyətlə çempion
05.05.2014 - 09:05
0
0