Məhəmməd Əlinin “əsrin döyüşündə” geydiyi əlcək auksionda satılıb
01.08.2014 - 20:15
Məhəmməd Əlinin “əsrin döyüşündə” geydiyi əlcək auksionda satılıb

 

Əfsanəvi boksçu Məhəmməd Əlinin Co Freyzerə qarşı keçirdiyi “əsrin döyüşündə” geydiyi əlcək auksionda satılıb. Apasport.az saytının məlumatına görə, Klivlenddə keçirilən alqı-satqıda anonim şəxs əlcəklər üçün 388,3 min dollar verib.

 

Qeyd edək ki, Əlinin karyerasında ilk dünya çempionu titulunu qazandığı əlcək də həmin auksionda satılıb. Fevralda keçirilən bu auksion zamanı əlcək 836,5 min dollara alınıb.

 

Məhəmməd Əli ilə Co Freyzer arasında keçirilən “əsrin döyüşü” üç görüşdən ibarət olub. İlk görüş 1971-ci ildə keçirilib və Freyzer qalib gəlib. Bu, Məhəmməd Əlinin professional karyerasında ilk məğlubiyyəti olub. 1974 və 1975-ci illərdə keçirilən digər görüşlərdə isə Əli qalib gəlib. Auksionda satılan əlcək də Əlinin ilk görüşdə geydiyi əlcək olub.