Məhkəmə Suareslə bağlı qərarı gələn həftə açıqlayacaq
08.08.2014 - 23:39
Avqustun 8-də Lozannadakı İdman Arbitraj Məhkəməsində Uruqvay millisinin və “Barselona”nın hücumçusu Luis Suaresin şikayətinə baxılıb. Apasport.az saytının məlumatına görə, Suares özü məhkəmədə ifadə verib.
Suares məhkəməyə vəkilləri ilə bir yerdə gedib. Qeyd edək ki, bundan əvvəl məhkəmənin qərarının 2 gün ərzində açıqlanacağı bildirilirdi. İndi isə məhkəmənin qərarının gələn həftə açıqlanacağı qeyd olunur.
Xatırladaq ki, FİFA hücumçunu futbola bağlı istənilən fəaliyyətdən 4 ay müddətinə uzaqlaşdırılıb. Ona Uruqvay millisinin heyətində 9 oyunu oynamaq qadağan olunub.
0
0