Madrid Ali Məhkəməsi “Real”a “Santyaqu Bernabeu” stadionunu yenidən qurmağı müvəqqəti olaraq qadağan edib. Apasport.az saytının məlumatına görə, “Real” işləri 2016-cı ilə qədər başa vurmağa hazırlaşırmış.
Plana görə, stadionun damı tamamilə örtülməliymiş. Bundan əlavə, stadion ərazisində ticarət mərkəzi və mehmanxana da tikilməliydi. Yenidənqurma işlərinin qiyməti 400 milyon avro dəyərləndirilir.
Amma ətrafı mühiti müdafiə təşkilatının şikayətindən sonra iş məhkəməyə verilib. Maraqlıdır ki, bu zaman tikinti işlərindəki problem ekoloji vəziyyətlə bağlı deyil. Məhkəmə “Real”a dövlət köməyinin qeyri-qanuni ola biləcəyinə görə işləri dayandırıb.