Meksikalı futbolçu tarixə keçdi
14.06.2014 - 05:32
Meksika yığmasının təcrübəli futbolçusu Rafael Markes tarixi rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, o, 4 dünya çempionatında kapitanlıq sarğısını daşıyan ilk futbolçu olub.
Markes buna qədər 2002, 2006 və 2010-cu illər dünya çempionatlarında kapitan sarğısını tapıb. Qeyd edək ki, Meksika millisi ilk oyununda Kamerun millisinə 1:0 hesabı ilə qalib gəlib.
0
0