Məlikov oynadı, komandası 4 qol buraxdı
03.02.2015 - 09:02
Məlikov oynadı, komandası 4 qol buraxdı

Türkiyə çempionatının I dəstəsində XVIII tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, turun son qarşılaşmasında “Dənizlispor” “Adana Dəmirspor”u qəbul edib.

 

Məhsuldarlığı ilə diqqət çəkən qarşılaşmada qonaqlar qalib gəlib – 4:3. Bu qarşılaşma Azərbaycan millisinin sabiq futbolçusu Rail Məlikov üçün əlamətdar olub. Uzun fasilədən sonra Dənizli təmsilçisinin heyətində meydana çıxan müdafiəçi 90 dəqiqə meydanda olub.

 

Qeyd edək ki, 18 oyundan sonra hesabında 17 xal olan “Dənizlispor” 15-ci pillədə qərarlaşıb.