Melo və Neymar eyni komandada
31.05.2015 - 19:23
Avropada oynayan ən yaxşı braziliyalılardan ibarət rəmzi komanda tərtib olunub. Apasport.az saytının məlumatına görə, nüfuzlu goal.com saytının Braziliya versiyasının tərtib etdiyi siyahıda Avropanın müxtəlif çempionatlarında çıxış edən futbolçular yer alıb.
Qapıçı: Dieqo Alves (“Valensiya”)
Müdafiəçilər: Danilo (“Porto”), Tyaqo Silva (PSJ), Miranda (“Atletiko”), Marselo (“Real”)
Yarımmüdafiəçilər: Koutinyo (“Liverpul”), Kasemiro (“Porto”), Melo (“Qalatasaray”), Villian (“Çelsi”)
Hücumçular: Neymar (“Barselona”), Firmino (“Hoffenhaym”)
0
0