“Azərbaycanda mədəniyyət və düşüncə tərzi Hollandiyadakından tam fərqli idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin sabiq futbolçusu Melvin Platye deyib.
Hazırda İsveçin “Kalmar” klubunda çıxış edən hollandiyalı hücumçu Azərbaycana uyğunlaşmaqda yaşadığı problemlərdən danışıb: “Küçədə demək olar ki, heç kim ingilis dilində danışmır. Mən spagetti sifariş edəndə pitsa gətirirdilər. Lakin “Neftçi” mənim üçün bir çağırış idi. İsveç futbolu isə Hollandiya üslubuna yaxındır”.
Qeyd edək ki, 2013-cü ilin yayında “Neftçi”yə transfer olunan Platye ötən ay ölkəmizi tərk edib.