Ukraynanın “Şaxtyor” futbol klubu bir neçə gündən sonra baş məşqçisiz qala bilər. Apasport.az saytının məlumatına görə, Mirça Luçesku artıq gələn həftə “Qalatasaray”ın baş məşqçisi kimi təqdim olunacaq.
Ukrayna mənbələrinin məlumatına görə, “Şaxtyor”un prezidenti Rinat Əhmədov Luçeskunu “Qalatasaray”a buraxmağa razılıq verib. Əhmədovun bu addımı atarkən bəzi məqamları nəzərə aldığı iddia olunur. Məsələ ondadır ki, ölkədəki siyasi vəziyyət “Şaxtyor”un çempionatda iştirakını, ümumiyyətlə Ukrayna çempionatının keçirilməsini şübhə altına alır. Bu səbəbdən də, Əhmədov müqaviləsinin bitməsinə 1 il qalan Luçeskunu vaxtından əvvəl buraxmağa razılıq verib.